Tokio, 23 oktyabr , /AJMEDIA/
HƏMAS hərəkatı Qəzza sektorunda azı 222 nəfəri əsir saxlayır.
AJMEDIA xəbər verir ki, bu rəqəmi İsrail ordusunun rəsmi nümayəndəsi Deniel Haqari jurnalistlər üçün təşkil olunan brifinqdə açıqlayıb.
“İsrail Silahlı Qüvvələrinin məlumatına görə, azı 222 nəfər Qəzza sektorunda əsirlikdə saxlanılır. SAXAL onların ailələri ilə əlaqədədir”, – deyə Deniel Haqari bildirib.
Onun sözlərinə görə, eyni zamanda HƏMAS radikal hərəkatının 1 mindən çox tərəfdarı İsrail hərbçilərinin əlindədir və əsirlər arasında öldürülənlər var.