İsrail Prezidenti: Türkiyəyə səfərim iki ölkə arasında diplomatik münasibətlərin inkişafına töhfə olacaq

Tokio, 9 mart , /AJMEDIA/

İsrail Prezidenti İsaak Herzoq Türkiyəyə rəsmi səfərə yola düşməzdən əvvəl Ben Qurion Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

AJMEDIA xəbər verir ki, İsrail Prezidenti səfər zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların iki ölkə arasında diplomatik münasibətlərin inkişafına töhfə olacağına ümidvar olduğunu bildirib. O əlavə edib ki, Təl-Əviv və Ankara arasında yaxşı münasibətlər bütünlükdə Yaxın Şərq regionu üçün faydalıdır.

İsrail Prezidenti vurğulayıb ki, türkiyəli həmkarı ilə bütün məsələlər üzrə ortaq mövqe yoxdur və 14 ilə yaxındır əlaqələrdə çətinliklər mövcuddur. Lakin problemləri həll etmək üçün bütün imkanlar mövcuddur.

Ankaraya yola düşən Prezident İsaak Herzoqun təyyarəsinin üzərində ivritcə və türkcə “sülh”, “əməkdaşlıq” sözlərinin yazılması jurnalistlərin diqqətini cəlb edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts