Tokio, 2 dekabr , /AJMEDIA/
İsrail oktyabrın 7-də hücum zamanı HƏMAS hərəkatı tərəfindən əsir götürülən 4 girovun öldüyünü təsdiqləyib.
AJMEDIA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı İsrail ordusunun sözçüsü Daniel Həcəriyə istinadla məlumat yayıb.
İsrail ordusunun nümayəndəsinin sözlərinə görə, artıq ölən girovların ailələri məlumatlandırılıb. Lakin girovların necə və nə vaxt öldüyü açıqlanmayıb.