İsrail ordusu Qəzzada HƏMAS-ın 2,5 mindən çox hədəfinə zərbələr endirib

Tokio, 5 noyabr , /AJMEDIA/

Qəzza zolağında quru əməliyyatları başlayandan bəri İsrail ordusu HƏMAS qruplaşmasının 2,5 mindən çox hədəfinə zərbələr endirib.

AJMEDIA xəbər verir ki, bu barədə “EFE” agentliyi xəbər verib.

Bildirilib, söhbət xüsusən müşahidə məntəqələri, nəzarət məntəqələri və HƏMAS-ın silah arsenallarından gedir.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts