Tokio, 11 aprel , /AJMEDIA/
İsrail hərbçiləri İordan çayının qərb sahilində iki şəhərdə reyd keçirirlər.
AJMEDIA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail təhlükəsizlik qüvvələri bu gün səhər Beyt-Ummar və İdnu şəhərlərinə daxil olub.
Qeyd edək ki, ötən gün İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Xevron və Tulkarm şəhərlərində reydlər keçirildiyi barədə məlumat yayıb.