İsmayıllıda Novruz bayramı qeyd edilib

Tokio, 20 mart , /AJMEDIA/

İsmayıllı rayonunda Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil edilən tədbirdə İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Tədbir iştirakçıları İsmayıllı Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş Novruz sərgisinə baxış keçiriblər. Özündə Novruz bayramının rəmzlərini, adət-ənənələrini əks etdirən sərgidə təhsil, mədəniyyət, folklor nümayəndələrinin, İsmayıllı sənətkarlarının, rəssamlarının əl işləri və istehsalat nümunələri, milli mətbəximiz, kənd təsərrüfatı məhsulları öz əksini tapıb. Şagirdlər Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər.

Tədbir açıq havada konsert proqramı ilə davam edib. Mərkəzi meydanda bayram tonqalı qalanıb. Azərbaycanın tanınmış müğənniləri, Lahıc folklor qrupu bir-birindən fərqli ifalarla bayram iştirakçılarına xoş anlar bəxş ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts