İsmayıllı rayonunda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb “VİDEO”

Tokio, 1 sentyabr, /AJMEDİA/

İsmayıllı rayonunun Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

FHN-in mətbuat xidmətindən AJMEDİA-a bildiriblər ki, yanğın nəticəsində ümumilikdə təxminən 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts