IRENA-nın baş direktoru: Azərbaycan yaşıl enerjiyə keçid prosesini uğurla həyata keçirir

Tokio, 5 iyun , /AJMEDIA/

Dünya ölkələrinin 68 faizi neft və qaz idxal edir. Enerjiyə olan tələbatı ödəmək üçün istehsal artır ki, bu da yaşıl enerjiyə keçidi ləngidir. Lakin Azərbaycan Prezidentinin həyata keçirməyə çalışdığı layihələr bu keçidin təmin olunması istiqamətində atılan böyük addımdır.

AJMEDIA xəbər verir ki, bu sözləri Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera deyib.

O bildirib ki, Azərbaycan COP29-un keçirilməsi üçün öhdəlik götürüb və bu işin öhdəsindən məharətlə gələcək. Baş direktor əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanın coğrafi imkanlarını çox düzgün qiymətləndirib.

“Prezidentin neftdən gələn gəlirləri alternativ enerji istehsalına yönəltməsi olduqca mütərəqqi haldır. Bu qlobal çağırışlara cavabdır. Günəş, külək, su elektrik stansiyalarının istifadəyə verilməsi atmosferə atılan karbon qazının həcmini azaldacaq. Azərbaycanın alternativ enerji mənbələrindən əldə edəcək 4 qiqavat elektrik enerjisini ixrac etməyi planlaşdırıb ki, bu da əhəmiyyətli məsələdir. Azərbaycan yaşıl enerjiyə keçid prosesini uğurla həyata keçirir”, – deyə IRENA-nın baş direktoru vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts