İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

Tokio, 3 may , /AJMEDIA/

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib.

AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri həmin terrorçuları “Pəncə-Kilit” əməliyyatı bölgələrində aşkarlayaraq zərərsizləşdirib.

Nazirliyin açıqlamasında bölgədə son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts