İraqın Baş nazirinə sui-qəsd zamanı mühafizə xidmətinin 10 əməkdaşı yaralanıb

Tokio, 7 Noyabr, /AJMEDIA/

İraqın Baş naziri Mustafa Kazımiyə sui-qəsd cəhdi zamanı onun mühafizə xidmətinin 10 əməkdaşı yaralanıb, iqamətgahına ziyan dəyib.
AJMEDIA xəbər verir ki, Al Hadath telekanalının məlumatına görə, hökumət başçısına xətər toxunmayıb.
“Şükür Allaha, mən yaxşıyam və xalqımın arasındayam. Hamını İraq naminə sakitliyə və təmkinli olmağa çağırıram”, – Mustafa Kazımi öz tviter səhifəsində belə yazıb.
Baş nazirin hazırda təhlükəsiz yerdə olduğu bildirilir.
Qeyd edək ki, noyabrın 8-nə keçən gecə İraq hökuməti başçısının Bağdadda “yaşıl zona” adlandırılan məhəllədəki iqamətgahına minalanmış pilotsuz uçuş aparatı ilə hücum edilib. Hazırda məhəllənin bütün girişlərində təhlükəsizlik tədbirləri gücləndirilib. İraq Silahlı Qüvvələrinin bəyanatına əsasən, “yaşıl zona”da vəziyyət sabitdir və nəzarət altındadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts