İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana işgüzar səfərə gəlib

Tokio,18 iyul , /AJMEDIA/

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
AJMEDIA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts