Tokio, 10 mart , /AJMEDIA/
Bu gün İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasemi Bakıya yola düşüb.
AJMEDIA xəbər verir ki, geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edən R. Qasemi martın 10 və 11-də komissiyanın Bakıda keçiriləcək növbəti iclasında iştirak edəcək.
Qeyd edək ki, Bakıda keçiriləcək iclasda Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin artırılması, nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Tehran-Bakı təyyarə reyslərinin sayının artırılması və başqa məsələlər müzakirə ediləcək.