İranın sabiq prezidentinə bir neçə cinayət işi açılıb

Tokio, 15 avqust , /AJMEDIA/

İranın sabiq prezidenti Həsən Ruhaniyə bir neçə cinayət işi, o cümlədən ölkənin valyuta bazarı və birjanın fəaliyyətindəki müdaxilələrə görə cinayət işi açılıb.

AJMEDIA-nın məlumatına görə, bunu bu gün İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Setayeşi Tehranda mətbuat brifinqində deyib.

M.Setayeşinin sözlərinə görə, İranın sabiq prezidenti din xadimi olduğuna görə, onun cinayət işləri din xadimləri üçün xüsusi prokurorluqda müvafiq yurisdiksiya saxlanılmaqla araşdırılır.

Qeyd edək ki, Həsən Ruhani 2013-2021-ci illərdə hər biri dörd il olmaqla iki dəfə seçilərək İran prezidenti olub

Follow us on social

Facebook Twitter Youtube

Related Posts