İranda qaz xətti partladı: ölənlər və yaralananlar var

Tokio, 25 may , /AJMEDIA/

İranın qərbində yerləşən İlam vilayətinin Abdanan şəhərində qaz boru xəttinin partlaması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

AJMEDIA xəbər verir ki, bunu İranın Abdanan rayonu qubernatoru Məhəmməd Rəhmani deyib.

Onun sözlərinə görə, özəl rabitə şirkətlərindən biri tərəfindən qazıntı aparılarkən təhlükəsizlik məsələlərinə riayət olunmadığı üçün qaz boru xəttində partlayış baş verib.

“Hadisə nəticəsində iki fəhlə ölüb, biri də yaralanıb. Hadisə nəticəsində bir yaşayış binası tamamilə dağılıb və bir nəfər yaralanıb”, – deyə o qeyd edib.

Qeyd edək ki, fevral ayında İranın Fars və Çahar-Mahal və Bəxtiyari vilayətlərində magistral qaz xətti partladılıb. Nəticədə müəyyən ərazilərdə qaz verilişində məhdudiyyət yaranıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts