Tokio, 7 mart , /AJMEDIA/
Dünyanın mötəbər elmi jurnallarından olan “Clinical Microbiology and Infection” jurnalında İranın “Kovo İran Bərəkət” vaksini barədə tədqiqat məqaləsi çap edilib.
AJMEDIA İran mətbuatına istinadla xəbər verir ki, məqalədə İranda istehsal edilən peyvəndin yan təsirlərinin olmaması və koronavirusa qarşı səmərəli olduğu bildirilib.
İranın Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamaya əsasən, son 24 saat ərzində ölkə ərazisində 5586 nəfərin COVID-19-a yoluxması, 201 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 7 milyon 89 min 892-yə, pandemiyanın qurbanlarının ümumi sayı isə 137 min 948 nəfərə çatıb. Ölkə üzrə müxtəlif xəstəxanaların reanimasiya şöbələrində müalicə alan 3722 nəfər xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 6 milyon 730 min 318 nəfər sağalaraq evə buraxılıb.