İran Yunanıstana etiraz notası verib

Tokio, 4 may , /AJMEDIA/

Yunanıstanın müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
AJMEDIA xəbər verir ki, notada İran bayrağı altında üzən yük gəmisinin Yunanıstan tərəfindən saxlanılmasının və yükünün müsadirə edilməsinin beynəlxalq dənizçilik qanunlarına zidd olduğu bildirilib. Yunanıstanın bu hərəkatı soyğunçuluq kimi qiymətləndirilir. Rəsmi Afina imzalanan beynəlxalq konvensiyaya görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və gəmini azad etməlidir. İran tərəfi Yunanıstandan düşünülmüş və konstruktiv addım gözləyir.
Yunanıstanın müvəqqəti işlər vəkili İran hökumətinin etirazını öz hökumətinə çatdıracağını bildirib.
Qeyd edək ki, İranın yüklə dolu ticarət gəmisi beynəlxalq normalara uyğun qaydada Yunanıstanın ərazi sularından keçərkən sahil mühafizə xidməti tərəfindən saxlanılıb.
Yunanıstan isə İrana qarşı tətbiq olunan sanksiyaları əsas götürərək bu addımı atdığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts