İran XİN: Rəsmi Tehran Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır

Tokio, 26 iyul , /AJMEDIA/

İran bütün sahələr üzrə Azərbaycan Respublikası ilə əlaqələrini inkişaf etdirmək niyyətindədir və bu istiqamətdə siyasət yürüdür.
AJMEDIA xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Nazir İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvinin hesabatını dinlədikdən sonra bildirib ki, rəsmi Tehran yaxın qonşuları ilə münasibətlərini daha da yaxşılaşdırmaq və əlaqələrini genişləndirmək istəyir. Azərbaycan Respublikası da İranın yaxın qonşusudur və iqtisadi sahədə beynəlxalq əhəmiyyət daşıyan birgə layihələrə müəlliflik edirlər. Müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələri artırmaq lazımdır.
Nazir münasibətlərin inkişaf etdirilməsi üçün səfirə əlavə təlimatlar verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts