İran XİN-in rəhbəri: Cənubi Qafqazda münaqişənin sona çatması region ölkələrinə əməkdaşlıq üçün tarixi fürsət verib

Tokio, 24 oktyabr , /AJMEDIA/

Cənubi Qafqazda münaqişənin sona çatması region ölkələrinə sülhün və əməkdaşlığın təşviqi istiqamətində çalışmaq üçün tarixi fürsət verib.

AJMEDIA İRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranda “3+3” formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə deyib.

“Biz inanırıq ki, bu gün bütün ölkələrimiz üçün tarixi fürsətdir. Cənubi Qafqazda müharibə başa çatıb və Qafqazda sülh, əməkdaşlıq və inkişafın vaxtı çatıb”, – deyə iranlı nazir vurğulayıb.

O bildirib ki, “3+3” formatında görüşün əsas məqsədi regiondankənar oyunçuların müdaxiləsi olmadan region ölkələrinin birbaşa iştirakı ilə mövcud problemləri həll etməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts