İran Prezidentinin qəzaya uğramış helikopterinin yeri müəyyənləşdirilib

Tokio, 20 may , /AJMEDIA/

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterinin yeri müəyyənləşdirilib.

AJMEDIA IRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib.

Onun sözlərinə görə, Qızıl Ayparanın axtarış-xilasetmə qrupu helikopterin qəzaya uğradığı yerə gəlib çatıb.

“73 xilasetmə qrupu qabaqcıl və xüsusi avadanlıqlarla Taval kəndində vertolyotun axtarış bölgəsindədir. Xilasetmə qrupları bölgənin hava şəraitinə, keçilməsinin çətin olmasına və gecənin qaranlığına baxmayaraq cəhdlərini dayandırmadı”, – deyə o əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts