Tokio, 21 sentyabr , /AJMEDIA/
Azərbaycan lokal xarakterli antiterror tədbirlərindən sonra İranın Mülki Aviasiya Təşkilatı ölkəmizə və Ermənistana aviareysləri bərpa edib.
AJMEDIA İSNA-ya istinadla xəbər verir ki, Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazerlu aviareyslərin ötən gecədən bərpa olunduğunu bildirib. O əlavə edib ki, uçuşların qadağan edilməsi sərnişinlərin təhlükəsizliyi ilə əlaqədar idi.
C.Yazerlu qeyd edib ki, ötən gün ləğv olunmuş aviareyslərin sərnişinlərinin hüquqları təmin olunub.