İrakli Qaribaşvili: Gürcüstan regionda sülhün qorunmasında öz həlledici rolunu oynamağa hazırdır

Tokio, 19 fevral , /AJMEDIA/

Azərbaycan və Ermənistan liderləri ilə birlikdə regionumuzdakı təhlükəsizlik mühitini müzakirə etdik və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səylərdən danışdıq.
AJMEDIA xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasdan sonra tviter səhifəsində yazıb.
Baş nazirin sözlərinə görə, Gürcüstan regionda sülhün qorunmasında öz həlledici rolunu oynamağa hazırdır.
“Mən Münxen Təhlükəsizlik Konfransının tarixi sessiyasında iştirak etməkdən şadam. Azərbaycan və Ermənistan liderləri ilə birlikdə biz regionumuzdakı təhlükəsizlik mühitini və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səyləri müzakirə etdik. Gürcüstan regionda sülhün qorunmasında həlledici rolunu oynamağa hazırdır”, – deyə İrakli Qaribaşvili bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts