İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını qətiyyətlə pisləyirik – XİN

Tokio, 23 aprel , /AJMEDIA/

İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.

AJMEDIA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə öz “Twitter” səhifəsində yazıb.

“Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir” – deyə diplomat vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts