Tokio, 17 dekabr, /AJMEDIA/
İqtisadiyyat Nazirliyi Türkiyənin “Demirören” Holdinqi ilə əczaçılıq məhsullarının istehsalı və satışına dair anlaşma memorandumu imzalayıb.
AJMEDIA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, iqtisadiyyatımıza 40 milyon dollar investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə edəcəyik.