Komitə sədri: Biz dayanıqlı şəhərsalmanı hədəf olaraq seçdikdə çağırışlara dayanıqlılığı təbliğ etmiş oluruq

Tokio, 22 dekabr , /AJMEDIA/

Ötən ay Azərbaycanın paytaxtı Bakı World Urban Forumunun 13-cü sessiyası üçün ev sahibi olaraq seçilib. Bu tədbir 2026-cı ildə keçiriləcək. Ölkəmizin qazandığı bu nominasiya heç də asan deyildi. Burada çətinlik yaradan rəqib olan və möhtəşəm şəhərlər deyil bizim əlimizdən gələnin ən yaxşısını etmək istəyimiz idi.

AJMEDIA xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində söyləyib.

“Biz istəyirik beynəlxalq ictimaiyyət görsün ki, bizim paytaxtımız və onun sakinləri nələrə qadirdir. Təbii ki, biz sübut etməliyik ki, on minlərlə iştirakçının dünyanın hər bir yerindən buraya gəlişini, bu cür nəhəng tədbirə ev sahibliyi etməyin öhdəsindən gələ bilərik. Şəhərsalma hər bir ölkənin iqtisadiyyatı üçün önəmlidir. Azərbaycan son iyirmi ildə mühüm inkişaf əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə şəhərsalma və yenidən quruculuq işlərində mühüm dəyişikliklərə imza atıb. Dayanıqlı ətraf mühit həmçinin harmoniyalı cəmiyyətin ən önəmli sütunlarından biri hesab oluna bilər. Biz dayanıqlı şəhərsalmanı əsas hədəf olaraq seçdikdə çağırışlara dayanıqlılığı, bütün icmalara inklüzivliyi və ətraf mühitə hörməti təbliğ etmiş oluruq”, – deyə Anar Quliyev əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts