İordaniya ordusu Azərbaycan Silahlı Qüvvələri ilə sıx əməkdaşlıqda maraqlıdır

Tokio, 30 sentyabr , /AJMEDIA/

İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general-mayor Yusif Əhməd Əl-Hunaiti Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovu qəbul edib.
AJMEDIA xəbər verir ki, görüşdə iki dost ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. İordaniyalı general vurğulayıb ki, dost ölkə olan Azərbaycanın Silahlı Qüvvələri ilə sıx əlaqələr hər iki dövlətin maraqlarına xidmət edir.
Səfir E.Səlimov general-mayor Əl-Hunaitiyə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Qələbəsi, Ermənistan silahlı qüvvələrinin postmüharibə dövründə törətdiyi təxribatlar haqqında məlumat verib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts