İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat sabah yekunlaşır

Tokio, 8 sentyabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 11-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.
DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahana qeydiyyat sentyabrın 9-u saat 14:00-dək davam edəcək. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 ünvanında kompüter vasitəsilə keçiriləcək. Bu gün saat 11:20-yə olan məlumata görə, 50 (AB – 15, AC – 35) nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, imtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahan vermək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts