“İntensiv yapon dili” yay məktəbi proqramı ilə əlaqədar müraciətlərin qəbulu davam edir

Tokio, 10 mart , /AJMEDIA/

Yaponiyanın Ritsumeikan Universitetinin “İntensiv yapon dili” yay məktəbi proqramına müraciətlərin qəbulu davam edir.

Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib. Bildirilib ki, proqramın iştirakçıları yapon dilini öyrənməklə yanaşı, Yaponiya mədəniyyəti ilə tanış olmaq şansı qazanacaqlar. İştirakçıların bu proqram üçün tələbə vizası əldə etməsinə ehtiyac yoxdur.

Yay məktəbi proqramı mayın 10-dan iyunun 10-dək (5 həftə) olan dövrü əhatə edir.

Ətraflı məlumatı linkdən əldə etmək mümkündür: https://rsjprwjp.com/2021/10/08/2022-rsjp1/

Follow us on social

Facebook Twitter Youtube

Related Posts