Tokio, 21 dekabr, /AJMEDIA/
İngiltərənin məşhur “Smokie” rok qrupunun sonuncu üzvü Terri Uttli 70 yaşında dünyasını dəyişib.
AJMEDIA TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat qrupun rəsmi səhifəsində yerləşdirilib. Məlumatda qeyd olunur ki, ifaçı uzun sürən xəstəlikdən vəfat edib.
Qeyd edək ki, bas gitaraçı və vokalçı Terri Uttli qrupun yaradıcılarından biri olub. “Smokie”nin 1976-cı ildə buraxdığı “Living Next Door to Alice” sinqlı vaxtilə dövrün ən məşhur hitinə çevrilmişdi. Bu ilin dekabrında “Crocus City Hall”da qrupun buraxdığı ilk diskinin 45-ci ildönümünə həsr olunmuş tədbir keçirilməli idi, lakin tədbir 2022-ci ilin mart ayına təxirə salınmışdı.