İngiltərədə COVID-19-un yeni variantı olan “eris” yayılır

Tokio, 7 avqust , /AJMEDIA/

Böyük Britaniyada COVID-19-un “omicron” variantının alt variantı sayılan “eris”in (EG.5.1) bütün ölkəyə yayıldığı açıqlanıb.
AJMEDIA xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (UKHSA) görə, yeni “eris” variantı ölkə üzrə hər 7 yeni hadisədən birinə təsadüf edir.
“Eris” 39,4 faizlə yoluxanların təqribən yarısını təşkil edən “arcturus”dan sonra Böyük Britaniyada ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb.
Səlahiyyətlilər dünyada COVID-19-a yoluxanların sayının artması səbəbindən vəziyyəti yaxından izlədiklərini bildirdilər.

Qapalı məkanlarda yaxın təmaslar və immunitetin zəifləməsi artıma səbəb ola bilər

Mütəxəssislər ölkədə COVID-19-a yoluxma hallarının artımının iyulun 21-də “Barbie” və “Oppenheimer” filmlərinin nümayişindən sonra milyonlarla insanın kinoteatra axın etməsi ilə bağlı ola biləcəyini irəli sürüblər.
Hesab olunur ki, insanların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanması yoluxma sürətini artırmış ola bilər.
Bildirilir ki, xəstəliyə qarşı immunitetin azalması və COVID-19 peyvəndlərindən müəyyən müddət keçməsi də yoluxma hallarının artmasına səbəb ola bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts