Tokio, 4 aprel , /AJMEDIA/
Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması baş tutub.
AJMEDIA xəbər verir ki, “Çelsi” doğma meydanda “Mançester Yunayted”i qəbul edib.
Son dəqiqələrə kimi 3:2 hesabı ilə öndə olan “qırmızı şeytanlar” bir dəqiqə ərzində buraxdıqları iki topla məğlub olublar. Belə ki, Koul Palmer 90+10-cu və 90+11-ci dəqiqələrdə fərqlənərək komandasına üç xalı qazandırıb.
Günün digər oyununda “Liverpul” doğma meydanda “Şeffild Yunayted”ə 3:1 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra turnir cədvəlinə 70 xalla “Liverpul” başçılıq edir. “Arsenal” 68 xalla ikinci, “Mançester Siti” isə 67 xalla üçüncü pillədə qərarlaşıb.