İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı beynəlxalq jurnalın rəyçi sertifikatına layiq görülüb

Tokio, 11 fevral, /AJMEDIA/

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Springer” nəşriyyatının jurnalının (Journal of Big Data) redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

Bu barədə AJMEDIA-ya institutdan bildirilib. Qeyd edilib ki, “Journal of Big Data” “Scopus” elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnaldır. Nəşrdə data analitikası üzrə orijinal tədqiqatlar, dərin təlim alqoritmləri və böyük verilənlərin bütün tətbiqlərini əhatə edən məqalələr dərc olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts