İnformasiya Texnologiyaları İnstitutunda veb-səhifələrin ranqlaşdırılması üçün model hazırlanıb

Tokio, 9 iyun , /AJMEDIA/

İnformasiya Texnologiyaları İnstitutunda veb-səhifələrin ranqlaşdırılması üçün qraf neyron şəbəkəsinə əsaslanan model hazırlanıb.
Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib. Qeyd olunub ki, ranqlaşdırma axtarış sistemlərinin vacib tərkib hissəsidir. Veb-səhifələrin ranqlaşdırılması üçün TF-IDF, HITS (Hyperlink Induced Topic Search) və BM25 alqoritmləri geniş istifadə olunur. Problemin formalaşdırılması üçün kontentin əlamətlərinin və sürətli ranqlaşdırma imkanlarının nəzərə alınması vacibdir. Bu sahədə yeni bir istiqamət olan qraf neyron şəbəkələrindən 2017-ci ildən geniş istifadə edilməyə başlanılıb.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev təklif olunan metodun internet mühitində mövcud olan axtarış sistemlərində qraf neyron şəbəkələrindən istifadə etməklə axtarışın keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edib. Akademik aparılan tədqiqatlar nəticəsində əldə olunan yenilikləri yüksək qiymətləndirib, aktual elmi problemə həsr olunmuş tədqiqatın nəticələrinin nüfuzlu jurnallarda çap olunmasını tövsiyə edib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts