İnfantino bildirib ki, Superliqa üzrə Aİ məhkəməsinin qərarı heç nəyi dəyişmir

Tokio, 22 dekabr , /AJMEDIA/

Superliqanın yaradılmasının bloklanmasını qeyri-qanuni hesab etmiş Avropa Ədliyyə Məhkəməsinin qərarı futbol turnirlərinin təşkili nöqteyi-nəzərindən heç nəyi dəyişməyəcək. Bu barədə Beynəlxalq Futbol Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino bildirib.

AJMEDIA xəbər verir ki, bundan əvvəl Avropa Ədliyyə Məhkəməsi Avropa Futbol Assosiasiyaları İttifaqı və Beynəlxalq Futbol Federasiyasının Superliqanın yaradılmasının bloklanması üzrə hərəkətlərinin rəqabət haqqında qanunu pozduğu qərarına gəlib.

” Avropa Məhkəməsinə böyük hörmətlə yanaşılmasına baxmayaraq, bugünkü qərar əslində heç nəyi dəyişmir. Tarixən biz dünyada ən yaxşı yarışlar təşkil etmişik və bu gələcəkdə də davam edəcək”, – deyə İnfantino vurğulayıb.

Daha öncə Avropanın bir sıra aparıcı klubları, o cümlədən İngiltərənin “Mançester Yunayted”, Almaniyanın “Bavariya” və “Borussiya Dortmund”, Fransanın “PSJ” və “Monako”, İspaniyanın “Atletiko”, “Sevilya”, “Valensiya”, “Real Sosyedad”, İtaliyanın “İnter” klubları Superliqada iştirak etməkdən rəsmi olaraq imtina ediblər. Layihənin yaradılmasını İspaniyanın “Barselona” və “Real” klubları dəstəkləyib. İtaliyanın “Napoli” klubu Superliqa layihəsinin birgə realizəsi üçün dialoqda iştirak etməyə hazır olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts