İlon Maskın tviter istifadəçilərinə sualı: redaktə düyməsi istəyirsinizmi?

Tokio, 5 aprel , /AJMEDIA/

Amerikalı sahibkar, “SpaceX” və “Tesla” kompaniyalarının qurucusu, bu yaxınlarda həm də tviter kompaniyasının səhmdarı olan İlon Mask sosial şəbəkədə redaktə düyməsinin lazım olub-olmadığı ilə bağlı istifadəçilər arasında sorğu keçirib.

AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, İlon Mask özünün tviter hesabında istifadəçilərə belə bir sual ünvanlayıb: redaktə düyməsi istəyirsinizmi? Kompaniyanın Baş direktoru Paraq Aqraval da sorğunun nəticələrinin vacib olduğunu deyərək, istifadəçiləri cavab verərkən diqqətli olmağa çağırıb.

Qeyd edək ki, İlon Mask bir müddət öncə ABŞ-ın Qiymətli Kağızlar Komissiyasına tviter kompaniyasında 9,2 faizlik paya sahib olduğu barədə məlumat verib.

2006-cı ildə təsis edilən “Twitter Inc” kompaniyası qısa mesaj mübadiləsi üçün nəzərdə tutulan eyni adlı sosial şəbəkənin sahibidir. Kompaniyanın qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts