İkinci Bakı Beynəlxalq Piano Festivalının proqramı zəngindir

Tokio, 7 iyun , /AJMEDIA/

İyunun 15-dən 29-dək ölkəmizdə II Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək.
Bu barədə AJMEDIA-ya festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli məlumat verib.
Onun sözlərinə görə, festivalın açılışı 15 İyun- Milli Qurtulum Günü Heydər Əliyev Sarayında təşkil olunacaq.
Festivalda 11 ölkədən -Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan tanınmış musiqiçilərin iştirak edəcəyini bildirən Əməkdar artist qeyd edib ki, festival günlərində paytaxtın musiqi salonlarında çoxsaylı konsertlərin keçirilməsi nəzərdə tutulur. Konsertlərdə caz, flamenko, tanqo, klassik və s. musiqilər ifa olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts