“IELTS imtahanına təşviq” layihəsi çərçivəsində təltifolunma mərasimi keçirilib

Tokio, 2 fevral , /AJMEDIA/

Bakı Slavyan Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Təhsilin İnkişafı Fondu arasında tərəfdaşlıq əsasında “IELTS imtahanına təşviq” layihəsi çərçivəsində imtahanı uğurla başa vuran pedaqoji heyət və tələbələrin təltifolunma mərasimi keçirilib.

TKTA-dan AJMEDIA-ya bildirilib ki, BSU-nun rektoru Anar Nağıyev Elm və Təhsil Nazirliyinə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və Təhsilin İnkişafı Fonduna layihəyə dəstək verdikləri üçün dərin təşəkkürünü bildirib.

Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov imtahanda uğur qazanan müəllim və tələbə heyətini təbrik edib, onlara uğurlar arzulayıb. O qeyd edib ki, elmi-pedaqoji heyətin və təhsilalanların dil biliklərinin yüksək olması ali təhsil müəssisələrinin illik fəaliyyət planlarının tərkib hissəsidir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışı zamanı universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin 7 ali məktəbdə keçirildiyini bildirib.

Daha sonra elmi-pedaqoji heyət üzvləri və təhsilalanlar IELTS sertifikatı ilə təltif olunublar

Follow us on social

Facebook Twitter Youtube

Related Posts