IEA Azərbaycanla metan emissiyasının azaldılması istiqamətində tədbirlər həyata keçirəcək

Tokio, 5 iyun , /AJMEDIA/

Azərbaycanla metan qazı ilə bağlı xüsusi bəyannamələr imzalanacaq.

AJMEDIA xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji təchizatı bölməsinin rəhbəri Kristof Makqleyd Bakı Enerji Forumu çərçivəsində “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən plenar iclasda deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində IEA Azərbaycanla metan emissiyasının azaldılması istiqamətində tədbirlər həyata keçirəcək.

K.Makqleyd qeyd edib ki, digər əməkdaşlıq istiqaməti isə investisiyaların aşağı emissiya yönümlü olması, yeni texnologiyaların tətbiqi ilə bağlı investisiya proseslərinin gücləndirilməsinə dair olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts