Tokio, 27 iyun , /AJMEDIA/
Beynəlxalq Şotokan Karate-do Federasiyasının yığma komandasının üzvü Ülvi Məmmədov böyüklər arasında keçiriləcək şotokan üzrə Asiya çempionatında iştirak edəcək.
AJMEDIA xəbər verir ki, Azərbaycan idmançısı mötəbər yarışa Beynəlxalq Şotokan Karate-do Federasiyasının vitse-prezidenti, 6-cı dan qara kəmər sahibi Rafael Məmmədovun və məşqçisi Elnur Əliyevin rəhbərliyi altında qatılacaq.
Yarış iyulun 1-3-də Qırğızıstanda təşkil ediləcək.