“IDLES” rok qrupu özünün ən böyük turuna hazırlaşır

Tokio, 13 fevral, /AJMEDIA/

Bu il “IDLES” rok qrupu ilk dəfə olaraq özünün ən böyük ABŞ turuna çıxacaq.

AJMEDIA guitar.com saytına istinadla xəbər verir ki, qrupun ilk konserti “Coachella Valley musiqi və incəsənət festivalı”nda keçiriləcək.

Britaniya-İrlandiya rok qrupu sosial şəbəkə hesabları vasitəsilə turu elan edərək, onun iki hissədən ibarət olacağını bildirib. Belə ki, “IDLES” aprel və avqust-sentyabr aylarında qastrol səfərində olacaq.

Qeyd edək ki, biletlər fevralın 11-dən satışdadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts