İctimai Elmlər üzrə Problem Şurasının iclasında 92 dissertasiya mövzusu müzakirə edilib

Tokio, 16 mart , /AJMEDIA/

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai Elmlər üzrə Problem Şurasının cari ildə ilk iclası keçirilib.

AMEA-dan AJMEDIA-ya bildirilib ki, onlayn iclasda Problem Şurasının üzvləri, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, həmçinin həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

Problem Şurasının sədri akademik Nərgiz Axundova və professor İlham Məmmədzadə iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıblar.

Sonra N.Axundova fəlsəfə və elmlər doktoru hazırlığı üzrə daxil olmuş 92 dissertasiya mövzusunu təqdim edib.

Müzakirələrdən sonra dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub, 25-dən artıq işin adında elmi və texniki redaktələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts