İcma fəallarımız Sinqapurdakı “Beynəlxalq Gün” festivalına qatılıb

Tokio, 23 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, İcma fəallarımız Sinqapurdakı “Beynəlxalq Gün” festivalına qatılıb
Sinqapurda fəaliyyət göstərən Britaniya Beynəlxalq “Tanglin Trust” məktəbində keçirilən “Beynəlxalq Gün” festivalında Azərbaycan da təmsil edilib.

Festivalda Azərbaycanla yanaşı, Avstraliya, Finlandiya, İsveçrə, Çin, Pakistan, Ukraina, Koreya və Yaponiya kimi ölkələrin nümayəndələri də iştirak ediblər.

Övladları bu məktəbdə təhsil alan Azərbaycan icmasının fəalları Nigar Hamer, Nərgiz Ceyms və Fərəh Mövsümövanın təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən kitablar, suvenirlər, kəlağayılar, təamlar və məhsullar nümayiş etdirilib.

Azərbaycan guşəsi ilə maraqlanan ziyarətçilərə ölkəmiz barədə ətraflı məlumat verilib və suallar cavablandırılıb. Ziyarətçilər milli təamlarımıza qonaq edilib.

Qeyd edək ki, “Tanglin Trust” məktəbində 3 yaşından 18 yaşadək uşaqlar və gənclər təhsil alırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts