İcma: Çexiya parlamentinin anti-Azərbaycan kampaniyasının alətinə çevrilməsini pisləyirik

Tokio, 21 oktyabr , /AJMEDIA/

Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun son vaxtlar bəzi dairələrin apardığı anti-Azərbaycan kampaniyasının alətinə çevrilməsini pisləyir.

AJMEDIA xəbər verir ki, İcma bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Çexiya parlamenti Azərbaycanı “Qarabağda yerli əhali ilə davranışı müşahidə etmək üçün beynəlxalq müşahidəçilərin bölgəyə girişinə imkan verməyə və tarixi və dini abidələri qorumağa” çağırır.

Qoy Çexiya parlamenti Azərbaycana görə “narahat” olmasın və beynəlxalq müşahidəçiləri daim sıxışdırılan, aşağılanan qaraçılara (Roma və sintilər) görə öz ölkəsinə dəvət etsin və İkinci Dünya müharibəsinə aid abidələrin dağıdılması və təhqir edilməsi kimi məsələlərə münasibət bildirsin”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts