İƏT Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması qərarını təqdir edir

Tokio, 4 may , /AJMEDIA/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Azərbaycanın təhlükəsizlik təhdidlərinə cavab olaraq, beynəlxalq hüququn prinsip və normalarına uyğun şəkildə öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı qanuni qərarını və addımını təqdir edir.
AJMEDIA xəbər verir ki, bu fikirlər təşkilatın Baş katibliyinin bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Baş Katiblik 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında imzalanmış üçtərəfli Bəyanatda digər məsələlərlə yanaşı, bütün hərbi fəaliyyətlərin dayandırılması barədə razılaşmaya istinad edir və Ermənistanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırır.
Üçtərəfli sazişə əsasən, Azərbaycan Laçın-Xankəndi yolu ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat vermək öhdəliyini daşıyır. Baş Katiblik etiraf edir ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan hökumətinin səlahiyyəti, həmçinin milli təhlükəsizlik, dövlət suverenliyi və qanunun aliliyi üçün zəruri şərtdir.
Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində keçirilmiş 49-cu sessiyasında və əvvəlki sessiyalarda Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınması və bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında normallaşdırılması çağırışını bir daha vurğulayır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts