Hulusi Kılıç: Azərbaycanın COP29-a sədrliyini qaralamaq cəhdləri uğursuzluğa məhkumdur

Tokio, 4 iyun , /AJMEDIA/

ABŞ və Avropada anti-Azərbaycan qüvvələrinin lobbiçilik etdiyi xaricdəki müəyyən dairələrin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Bakının imicini qaralamaq cəhdləri uğursuzluğa məhkumdur.

AJMEDIA xəbər verir ki, bu fikri Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA ictimai birliyinin nümayəndəsi Hulusi Kılıç ifadə edib.

Sabiq səfir ABŞ Prezidentinin Administrasiyasına və dövlət katibinə qərəzli məktubla müraciət edən amerikalı konqresmenlərin bir qrupunun qeyri-adekvat mövqeyini qətiyyətlə pisləyib. O deyib: “Heç vaxt Azərbaycanda olmamış və hətta respublikanın xəritədə yerini göstərə bilməyən şəxslər bəzən Bakının ünvanına absurd iddialarla çıxış edirlər”.

Kılıçın sözlərinə görə, Azərbaycanda COP29-un keçirilməsi məsələsində dezinformasiyanın arxasında duranlar Bakı ilə İrəvan arasında uzunmüddətli sülh perspektivinə və ümumilikdə, regionda sabitliyə qarşı çıxan dairələrdir. Erməni tərəfinin də bundan əvvəl Bakıda BMT-nin bu tədbirinin keçirilməsini dəstəklədiyini xatırladan diplomat vurğulayıb: “Qərbdə müəyyən dairələr Bakı ilə İrəvan arasında dialoqda əldə olunan irəliləyişdən narahatdır. Ümidvaram ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi COP29-un keçirilməsinə qədər imzalanacaq və ya bu irimiqyaslı tədbir çərçivəsində baş tutacaq”.

Hulusi Kılıç Bakının Qərbdəki rəqiblərinə boş yerə vaxt sərf etməməyi və Azərbaycanın işlərinə mənasız müdaxilələrdən çəkinməyi tövsiyə edib. O, xaricdəki anti-Azərbaycan dairələrinin planları ilə bağlı məşhur bir atalar sözünü xatırladıb: “İt hürər, karvan keçər”.

Diplomat qeyd edib: “Əminəm ki, BMT-nin Azərbaycanda tədbiri uğurla və ən yüksək səviyyədə keçəcək, planetimizdə iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə olacaq. Bakının hər bir qonağı, tədbir iştirakçıları qonaqpərvərliklə qarşılanacaq, özləri üçün Azərbaycan xalqının mədəniyyətinin yeni cəhətlərini kəşf edəcəklər”.

Sabiq səfir Azərbaycanın problemlər və çağırışlar ilə mübarizəsində Türkiyənin qardaş ölkəyə hərtərəfli dəstək göstərməklə bağlı qətiyyətini də vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts