Honkonqda Kriştianu Ronaldu Muzeyi açılıb

Tokio, 08 iyul, /AJMEDIA/

Honkonqda Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronalduya həsr olunmuş muzey açılıb.

AJMEDIA xəbər verir ki, İncəsənət və Mədəniyyət Mərkəzində yerləşən ekspozisiyada 40 yaşlı futbolçunun karyerasına aid əlamətdar əşyalar, həmçinin 2008-ci ildə qazandığı “Qızıl top” mükafatı sərgilənir.

Bundan başqa, sərgidə ulduz oyunçunun uşaqlıq illərini keçirdiyi Lissabondakı otağın maketi də nümayiş olunur. Ronaldunun yaxın vaxtlarda Honkonqa gedərək adını daşıyan muzeyi ziyarət edəcəyi gözlənilir.

Qeyd edək ki, muzey 2026-cı ilin iyun ayına qədər Honkonqda fəaliyyət göstərəcək. Daha sonra Çinin materik hissəsindəki əraziyə köçürüləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts