“Honda” 2030-cu ilədək elektromobil istehsalını 2 milyona çatdırmaq niyyətindədir

Tokio, 12 aprel , /AJMEDIA/

Yaponiyanın “Honda” avtomobil konserni 2030-cu ilə qədər illik elektromobil istehsalı göstəricisini 2 milyon ədədə çatdırmağı planlaşdırır.

AJMEDIA xəbər verir ki, bu barədə avtomobil konserninin saytında dərc olunan bəyanatda deyilir.

Bundan əlavə, “Honda” 2030-cu ilədək elektrik avtomobillərinin 30 yeni modelini təqdim etməyi nəzərdə tutur. Konsern bu məqsədə nail olmaq üçün on il ərzində tədqiqat işlərinə təxminən 8 trilyon yen (63,7 milyard dollar) sərmayə yatıracaq.

Qeyd edək ki, “Honda” konserni 2020-ci ildə 4,45 milyon avtomobil satıb ki, onların arasında elektrokarlar və yanacaq elementli nəqliyyat vasitələrinin payı 1 faizdən az olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts