“Honda” 2026-cı ildə Formula 1-ə qayıda bilər

Tokio, 8 aprel , /AJMEDIA/

“Honda” 2026-cı ildə Formula 1 üzrə dünya çempionatına qayıda bilər.

AJMEDIA “Auto Motor und Sport” nəşrinə istinadla xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı güc təchizatının texniki reqlamentinə edilən dəyişikliklər fonunda öz brendini çempionata qaytarmaqda maraqlı ola bilər.

Xatırladaq ki, “Honda” 2021-ci il mövsümünün sonunda Formula 1-i rəsmən tərk edib. Yeni mövsümdə “Red Bull” və “Alfa Tauri” onun mühərriklərindən öz brendləri altında istifadə edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts