Hollivud ulduzlarının etirazları davam edir

Tokio, 26 iyul , /AJMEDIA/

Məşhur Hollivud aktyorları Nyu-Yorkun Tayms-skver meydanında aksiya keçiriblər.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Kinematoqrafçılar Gildiyası Hollivud ulduzlarını Tayms-skver meydanına toplayaraq kino və televiziya studiyalarını kəskin etiraz atəşinə tutub.
“Ədalətli müqavilə naminə şəhəri silkələyin” adlı toplaşmada bir neçə yüz insanın qarşısında iki saat ərzində həmkarlar ittifaqı nümayəndələri və tanınmış aktyorlar, o cümlədən Brayan Krenston, Kristin Baranski, Uendel Pirs, Kristian Sleyter, Stiven Lanq, Mişel Herd, Cil Hennesi, Stiv Buşemi və başqaları çıxış ediblər. Etiraz aksiyası bir neçə saat davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts