Hindistanın cənub-şərqində qasırğa 17 nəfərin həyatına son qoyub

Tokio, 6 dekabr , /AJMEDIA/

Hindistanın cənub-şərqindəki Tamil Nadu ştatında “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb.

AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, iki gün ərzində bölgəyə 330 mm-dən çox yağış düşüb.

“Siklonla bağlı daşqınlar nəticəsində baş verən müxtəlif hadisələrdə 17 nəfər ölüb. 10-a yaxın suda boğulma və elektrik cərəyanı vurma faktı qeydə alınıb, onlara vaxtında tibbi yardım göstərilib”, – polisin açıqlamasında bildirilir.

Polisin bildirdiyinə görə, qonşu rayonlardan məlumat daxil olduqdan sonra ölənlərin sayı arta bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts