Hindistan Ermənistana “SSS Defence” şirkətinin snayper tüfənglərini satır

Tokio, 14 iyul , /AJMEDIA/

Hindistan Ermənistanı silahlandırmaqda davam edir. Əvvəllər Ermənistana raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş aparatları satan Hindistan indi isə snayper tüfəngləri satmağı planlaşdırır. Artıq Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb.

AJMEDIA Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə “Indian Defence” məlumat yayıb.

Bildirilir ki, rəsmi Dehli ilk dəfədir ki, tamamilə Hindistanda dizayn edilmiş və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts